"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək."
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
***
Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.
Demokratikmusavat.com xəbər verir ki, türkiyəli nazirin səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
Səfərdə Hulusi Akarı həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də müşayiət edəcək.