ABŞ Dövlət katibi Entoni Blinkenin Cənubi Qafqaza səfəri planlaşıdırılır.
“Demokratikmusavat.com ” “regnum”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Cənbi Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib.
“Regnum”da qeyd edilib ki, Riker ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfərə hazırlaşdığını bildirib.
“Bununla bağlı Amerika nəşrlərində Dövlət Departamentinin topladığı tarixi dosyeni, o cümlədən general Harbordun hesabatını, xüsusən də ABŞ-dakı erməni diasporunun maraqları kontekstində diqqətlə öyrənməsi barədə məlumatlar yayılıb.
Blinkenin regiona hansı təkliflər paketi gətirəcəyindən, Vaşinqtonun bu dəfə daxili siyasi, beynəlxalq və regional amillərin inkişafı kontekstində hansı beynəlxalq mexanizmi işə salmaq niyyətində olmasından çox şey asılı olacaq. Münaqişədən sonrakı dövrdə regionda iki – Moskva və Brüssel vasitəçilik formatı yaranıb. Vaşinqton onların heç birinə daxil deyil. Amma aydındır ki, Cənubi Qafqaz şahmat taxtasında nəhəng geopolitik payları olan uzun sürən gözlənilməz oyun başlayır”, - “Regnum” yazır.
Mürtəza
Demokratikmusavat.com