Aqşin Yeniseydən maraqlı açıqlama: “Tərbiyə və əxlaq arasında fərq – azərbaycanlıların düşdüyü tələdir".
Ölkənin ən böyük Audio kitab şəbəkəsi - AUDİOKİTAB mobil tətbiqi məşhur yazar Aqşin Yeniseyin “Soyuğa inansan, donacaqsan” audio kitabının təqdimatını keçirdi.
Yeni kitabın məzmununa uyğun – Winter Park Hoteldə keçirilən görüş zamanı oxucuların suallarına cavab verən Aqşin Yenisey tərbiyə və əxlaqın fərqindən danışdı: “Bildiyimiz tərbiyə meyarlarına cavab verməyən, amma yaradıcılıqları ilə dünya mədəniyyətinin inkişafına təkan vermiş neçə dahi var.
Əxlaq – zahiri bər-bəzəkdən uzaq, tərbiyədən qat-qat daha dərin dəyərdir…”
Aqşin Yeniseyin Audiokitab mobil tətbiqində yer alan kitabı – kütləvi satışa çıxmayan esselər toplusudur.
“Fikirlərimlə yeni düşüncə pəncərələri açıram” deyən müəllifin seçdiyi hər mövzu həqiqətən də qızğın müzakirələrə təkan verir. Bu baxımdan yeni layihənin ədəbi çevrədə böyük rezonans doğuracağı şübhəsizdir.
Aqşin Yeniseyin fikrincə, audiokitablar kağız kitabları sürətlə əvəzləyəcək və bu yaxın gələcəyə hazır olmaq baxımından Audiokitab mobil tətbiqinin xidmətləri yüksək dəyərləndirilməlidir.
Oxuculardan birinin “esselərinizin, şeirlərinizin audio təqdimatını bəyənirsinizmi?” sualına Aqşin Yeniseyin cavabı belə oldu: “Bəzi şairlərdən fərqli olaraq, mən öz yazdıqlarımı səsləndirə bilmirəm.
Hətta indi hansısa şeirimi oxusam, bəlkə hamı buranı tərk edər. Ona görə də, yaradıcılığımı oxucuya gözəl səslə, ifadəli tərzdə çatdıran hər qiraətçiyə minnətdaram”
Təqdimatdan dərhal sonra “Soyuğa inansan, donacaqsan” kitabı Auduiokitab Mobil tətbiqinə yükləndi.
Aqşin Yeniseyin original fikirlərini, gözlənilməz mülahizələrini və maraqlı tətqiqatlarını bu gündən etibarən mobil tətbiqə abunə olan hər kəsin dinləmək imkanı var.