Türkiyə cənub sərhədləri boyunca 30 km-lik təhlükəsizlik zolağını mütləq tamamlayacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfaya səfəri zamanı bildirib.
O qeyd edib ki, terrorçuların hücumları ölkəsini bu qətiyyətli qərarından çəkindirə bilməyəcək.