Türkiyədə güclü zəlzələ oldu

 

Türkiyənin Düzcə rayonunun Gümüşova qəsəbəsində 4,1 bal gücündə zəlzələ baş verib.

"Demokratikmusavat.com" "azar.az"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerin 14,2 kilometr dərinliyində meydana gələn zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.

Buna baxmayaraq, yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.

0.15772676467896