İlon Maskdan dünyaya səs salacaq yenilik

 

Altı ay ərzində insana ilk dəfə olaraq kompüter və telefondan əlləri olmadan istifadə etməyə imkan verən cihaz implantasiya ediləcək.

Demokratikmusavat.com xəbər verir ki, "Bloomberg"in məlumatına görə, implantasiya İlon Maska məxsus "Neuralink" neyrotexnologiya şirkəti tərəfindən həyata keçiriləcək.

Şirkət nümayəndəsi izah edib ki, mikroqurğu və elektrodlu naqillərdən ibarət çipin son hazırlıq işləri aparılır. Həmçinin, sıçrayış testi üçün insan kəlləsinin bir parçasını kəsəcək və cihazı beyinə implantasiya edəcək xüsusi robota ehtiyac duyulacaq.

İmplantasiya təcrübəsi uğurlu olarsa, Maskın özünün dediyinə görə, cihaz sayəsində insult keçirənlərlə kompüter vasitəsilə ünsiyyət qura biləcəklər. Eyni yaxşı məqsədlə "Neuralink" onurğa beyni və göz implantları üçün çiplər hazırlayır.

0.13087487220764