34 minə yaxın toyuğun kəsilməsi planlaşdırılıb

 

20:14:50Yaponiyada quş qripi tüğyan edir. Bu səbəbdən ölkənin cənub-qərbində yerləşən Kaqoşima prefekturasında epidemiya səbəbindən yerli quşçuluq fermasında 120 minə yaxın toyuğu məhv etməyi planlaşdırırlar.

Həmçinin Kaqava prefekturasında 34 minə yaxın toyuğun kəsilməsi planlaşdırılıb.

Qeyd edək ki, bir gün əvvəl Tottori şəhərinin qərb prefekturasında 110 minə yaxın toyuq öldürülüb.

Ümumilikdə bu mövsüm Yaponiyanın müxtəlif bölgələrində quş qripi ocaqlarının aşkarlanmasından sonra ümumilikdə 3,4 milyondan çox toyuq məhv edilib.

0.12005400657654