Çavuşoğlu: Rusiya və ABŞ Türkiyə ilə əldə olunmuş razılaşmaları icra etməyib

 

“Son 2 ildə Suriyadan terrorla bağlı 2000-dən çox hücum yaşamışıq və 500-dən çox adam həyatını itirib”.

Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib/

Nazir bildirib ki, bu hücumlar zamanı mülki insanlar öldürülüb: “İraqda da son 1 ildə 800-dən çox terror hücumu yaşadıq. Rusiya və ABŞ-la aramızda razılaşma var idi ki, terrorçuları bizim sərhədimizdən 30 km o tərəfə aparacaqlar. Amma bu sözlərini tutmadılar. Terrorçular bu gün də bizə hücum etməyə davam edirlər”, o deyib.

0.17738890647888