“Dövlət-özəl tərəfdaşlıq dövlətin özəl sektorun resurslarından və təcrübəsindən istifadə edərək dövlət infrastrukturunu və ya xidmətlərinin satınalınması və həyata keçirməsi mexanizmidir. Hökumətlərin infrastruktur çatışmazlığı və ya köhnəlməsi ilə üzləşdiyi və daha səmərəli xidmətlərə ehtiyac duyduğu sahələrdə mexanizm dövlətin özəl sektorla tərəfdaşlıq edərək yeni həllərin təşviqinə və maliyyə vəsaitlərinin cəlb edilməsinə köməklik edir”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət-özəl tərəfdaşlıq haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı alətləri hökumətlərə özəl sektorun təcrübəsindən bəhrələnməyə imkan verməklə yanaşı, gündəlik əməliyyatları onlara həvalə etməklə diqqəti siyasət, planlaşdırma və tənzimləmə üzərində cəmləşdirməyə imkan yaradır.
O əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı layihələrin uğurlu icra edilməsində mühüm məsələlərdən biri dövlət dəstəyin və onu icra mexanizmləridir.
Komitə sədri onu da deyib ki, qanun layihəsini qəbul olunmasından gözləntilərimiz bundan ibarətdir:
- Özəl kapitalın, ilk növbədə daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə;
- məhdud resurslar çərçivəsində dövlət vəsaitlərindən səmərəli istifadə edilməsinə;
- özəl sektorun təcrübəsindən və resurslarından istifadəyə;
- dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə;
- risklərin bölüşdürülməsinə;
- özəl sektorun potensialının yüksəlməsinə;
- ölkəyə xarici investisiya axınının artımına şərait yaranmasına nail olmaqdır.
Qanun layihəsi müzakirələrin yekunu olaraq səsə qoyularaq qəbul edilib.
Mürtəza
Demokratikmusavat.com