PSJ-nin prezidenti ulduzların iştirakı ilə futbol oyunu təşkil etmək istəyir

 

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi dünya ulduzlarının iştirakı ilə futbol matçı təşkil etmək istəyir.

Demokratikmusavat.com xəbər verir ki, qətərli iş adamı “Bir Dünya” adı altında keçirilməsini planlaşdırdığı oyuna təkcə futbolçuları yox, müğənniləri və aktyorları da dəvət etmək niyyətindədir.

Əl-Xəlaifi bildirib ki, dünya xalqlarının birliyi naminə bu addımı atmağı planlaşdırır: “Bir arzum var, onu gerçəkləşdirəcəyəm. Biz insanları bir araya gətirməliyik. “Bir Dünya” adlı kampaniya keçirmək istəyirəm. Bu, ən yaxşı futbolçuların, həmçinin müğənnilərin və aktyorların iştirak edəcəyi bütün ulduzların mübarizəsi olacaq. Neymar, Lionel Messi və Kriştianu Ronaldunun sosial şəbəkələrdə bir milyard abunəçisi var. Bu, istənilən prezidentin izləyicisindən çoxdur. Onlar ideyanı cəmiyyətə çatdıra bilirlər”.

Fransa klubunun rəhbəri dünya ulduzlarının oyununa Rusiya və Şimali Koreya nümayəndələrinin dəvət olunub-olunmayacağı ilə bağlı sualı da müsbət cavablandırıb: “Sülh və sevgi üçün hamını bir araya gətirmək fikrindəyəm”.(Report)

0.15524816513062