Türkiyə Milli Təhlükəsizlik Şurası: “Tək hədəfimiz terror təşkilatlarıdır”

 

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının növbəti toplantısı başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, 3 saat 10 dəqiqə davam edən görüşdən sonra yazılı açıqlama verilib.

Sənədə əsasən, toplantıda hər cür təhdidlərə qarşı hərbi əməliyyatlarla bağlı tədbirlər müzakirə edilib.

“Sərhədləri aşaraq terrora icazə verilməyəcək”, - deyə qeyd olunan bəyanatda, həmçinin Suriyada quru əməliyyatı mesajı verilib və bildirilib ki, “tək hədəfimiz terror təşkilatlarıdır” .

0.13621211051941