Makron: “Sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır”

 

Ukrayna böhranının həlli üçün danışıqlar hələ də mümkündür və sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində bildirib.

“Danışıqlar masasına qayıdıb nəyisə razılaşdırmaq mümkündürmü? Məncə, bu, hələ də mümkündür”, - o deyib.

“Yaxşı sülh başqaları tərəfindən Ukraynaya veriləcək sülh deyil. Yaxşı sülh orta və uzunmüddətli perspektivdə tərəflərdən birinin imtina edəcəyi sülh deyil”, - E.Makron əlavə edib.

Qeyd edək ki, Fransanın dövlət başçısı bu gündən ABŞ-da dövlət səfərindədir.

0.14634394645691