“Fransanın sərgilədiyi ermənipərəst mövqe Azərbaycan cəmiyyətində artıq bir gülüş və istehza obyektinə çevrilib. Fransa Senatının ardınca Milli Assambleyanın qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd, ədalətsiz, Azərbaycana qarşı qərəzdən doğan bir sənəd olduğundan, Azərbaycan cəmiyyəti bunu əhəmiyyətsiz və bir tualet kağızı kimi qəbul edir”.
Bunu “Demokratikmusavat.com ”a açılqmasında deputat Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, Fransa bu hərəkəti bir daha beynəlxalq hüququ ayaqlar altına atdığının bariz nümunəsidir.
“Fransanın Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi və onu təşviq etməsi, təkcə Cənubi Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdid yaradır. Fransanın yürütdüyü bu qərəzli siyasət nəticədə bumenranq effekti verəcək. Bundan da əziyyət çəkən Avropa olacaq”, - o qeyd edib.
Deputat onu da əlavə edib ki, Fransanın Azərbaycana qarşı yürütdüyü siyasətin kökündə islamafobiya, türkafobiya, azərbaycanafobiya dayanır: “Fransanın iyrənc siyasətinin kökündə həm də Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədir. Əldə edilən qələbə nəticəsində bölgədə yeni geosiyasi reallıq yaranmaqla yanaşı, dayanıqlı sülhün, sabitliyin, yeni əməkdşalıq formatlaırnın yaranması üçün çox böyük imkanlar yaranıb. Hansı ki, bölgədə sülhün və sabitliyin yaranmasında Fransa ATƏT MQ-nin həmsədr ölkələrdən biri idi. Lakin Fransa sülhün yaranmasına deyil, bölgədə davamlı gərginliyin olmasını istəyirdi. Amma Azərbaycan Prezidentinin qətiyyətli və cəsarətli siyasəti nəticəsində bölgədə erməni faşizminə son verildi. Erməni faşizminin yürütdüyü işğalçılıq siyasətinə son verilməsi isə Fransanın heç də ürəyindən deyil. Ona görə də Fransa hər fürsətdən istifadə edib bölgədə gərginliyin davam etməsinə çalışır və bu məqsədlə belə bir absurd qərarlar qəbul etdirməklə Azərbaycana təzyiq edib istəyinə nail olmaq istəyir. Lakin Fransa unutmamalıdır ki, 30 ildə Azərbaycana edilən təzyiqlər bir nəticə vermədisə, bundan sonra bu cəhdlər mənasızdır. Belə beynəlxalq hüquqa hayqırı olan kağız parçaları ilə Azərbaycana təzyiq etmək mümkün deyil. Bir daha qeyd edirəm ki, bundan daha çox ziyan çəkən tərəf Fransa özü olacaq. Fransanın bu hərəkətləri cavabsız qalmayacaq və Azərbaycan da buna uyğun ciddi adekvat addımlar atmaqdadır və bundan sonra da atacaq”.
Mürtəza
Demokratikmusavat.com