Zelenski İlon Maskı danladı: "Gəl, özün bax"

 

Ukrayna Prezidenti Volodimir Zelenski “The New York Times”ın “DealBook” Sammitinə onlayn qoşulub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, o çıxışı zamanı Ukraynanın Rusiyaya torpaq verməklə sülhə nail ola biləcəyi təklifi ilə çıxış edən milyarder İlon Maskı danlayıb.

Zelenski Tvitterin sahibi olan Maskı Rusiya qüvvələrinin ölkəyə vurduğu zərəri görmək üçün Ukraynaya dəvət edib:

“Rusiyanın burada nə etdiyini anlamaq istəyirsinizsə, Ukraynaya gəlin və bunu öz gözlərinizlə görəcəksiniz. O zaman bizə bu müharibəni necə bitirəcəyimizi, kimin başlatdığını və nə vaxt bitirə biləcəyimizi söyləyəcəksiniz" - o deyib.

Qeyd edək ki, İ.Maska məxsus “SpaceX” şirkəti Ukraynada pulsuz internet xidməti göstərməkdə davam edir. Rusiyanın elektrik stansiyalarına hücumları altında bu xidmət Ukraynada xilasedicidir.

Billurə

0.12804889678955