Məğlub Rusiya bu ölkələri zəbt edəcək - General

 


“Rusiyada getdikcə daha çox insan başa düşür ki, Ukraynaya qarşı müharibə uduzub. Ona görə də Kreml rus xalqına Ukraynadakı hərbi məğlubiyyətin kompensasiyası olaraq zəif ölkələr hesab edilən Belarus, Ermənistan, Gürcüstan üzərində “qələbələri” təklif edə bilər”.

Demokratikmusavat.com ” xəbər verir ki, bu fikri Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədr müavini, general-mayor Viktor Yaqun “Freedom” kanalının efirində deyib.

Onun fikrincə, Kreml bu gün “insanların bu müharibədə nə etdiyini və hansı qələbələrin ola biləcəyini” heç bir şəkildə izah edə bilmir.

"Ağlıma gələn odur ki, Rusiya bu müharibəni başqa zəif ölkələrə köçürməklə, orada qələbəni elan etməyə cəhd edəcək. Belarusu tamamilə ilhaq etmək, Ermənistanı “yerində otuzdurmaq”, Gürcüstanda hansısa xüsusi əməliyyat keçirmək və ya buna bənzər bir şey. Ancaq Ukraynanın artıq itirilmiş hal olduğunu bu ölkənin (Rusiya nəzərdə tutulur-red) rəhbərliyi də dərk edir”, - Yaqun bildirib. 

Mürtəza
Demokratikmusavat.com

0.14329099655151