Şahzadə Diananın ölümü ilə bağlı şok: Ərəb sevgilisinin atasından inanılmaz iddia - VİDEO

 

Şahzadə Diana və onun sevgilisi Dodi Əl Fayedin avtomobil qəzasında həlak olmasından iyirmi ildən çox vaxt keçsə də, faciəvi qəza ilə bağlı yeni iddialar ortaya çıxmaqda davam edir.

Demokratikmusavat.com ” xəbər verir ki, Dodi əl-Fayedin atası Məhəmməd Əl-Fayedin dediyinə görə, ABŞ kəşfiyyatçıları avtomobillərində Diana ilə Dodinin söhbətini dinləmək üçün peyklərdən istifadə ediblər: “Cütlüyün uşaq gözlədiyi bəlli olduqdan sonra onları öldürüblər. Bir gün həqiqət üzə çıxacaq. Sübutlar onun oğlumdan hamilə olduğunu göstərəcək”.

“Diana və Dodinin müsəlmandan uşaq gözlədiyi üçün öldürüldüyünə inanıram”, - Dodinin atası əminliklə qeyd edib.

Dodinin atası onu da əlavə edib ki, Diananın əlaqəsi ilə bağlı 100-dən çox məxfi sənəd və qeydlər Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi qərargahı olan Fort Meade anbarında saxlanılır.

Məhəmməd NSA-dan xahiş edib ki, səs yazılarını Diananın ölüm işini yenidən araşdıran yeni kral ailəsinin həkimi Mixael Burgessə təhvil verilsin.

Mürtəza
Demokratikmusavat.com

0.15274095535278