Zelenski cəbhədəki son vəziyyətdən danışdı - Üstünlük kimdədir?

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətdən danışıb.

Demokratikmusavat.com xəbər verir ki, teleqram kanalında video paylaşan Ukrayna lideri Rusiya qüvvələrinin xüsusilə Donetsk cəbhəsində irəliləməyə çalışdığını, lakin Ukrayna Ordusunun hücumları uğurla dəf etdiyini bildirib:

“Cəbhədə vəziyyət ağırdır”- o söyləyib.

Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini əlində saxlamağa, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışır.

Ukrayna Prezidenti Rusiyanın yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin hərbi cinayətlərə görə mühakimə olunması üçün çox çalışdıqlarını bildirib:

“Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, mövcud beynəlxalq hüquqi sənədlər (Ukrayna müharibəsi məsələsində) ədalət üçün kifayət deyil”.

Billurə Yunus

0.13482689857483