Rahiblər narkotik testindən keçə bilmədilər

 

Tailandın mərkəzində yerləşən buddist məbədi bütün rahiblərin narkotik testindən keçə bilmədiyi və nəticədə xidmətdən kənarlaşdırıldığı üçün boş qalıb.

Demokratikmusavat.com istinadla xəbər verir ki, hadisə Tailandın Phetçabun əyalətində baş verib. Bunq Sam Phan rayonundakı məbədin rəhbəri də daxil olmaqla, dörd rahibin qanında metamfetamin aşkarlanıb. Onların hamısı narkoloji reabilitasiya klinikasına göndərilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yerli sakinlərin ibadətlərini davam etdirmələri üçün məbədə yeni rahiblər göndəriləcək.

Agentlik BMT-nin məlumatına əsaslanaraq yazır ki, Tailand Laosdan və Myanmadan keçməklə metamfetamin qaçaqmalçılığının əsas tranzit məntəqələrindən biridir. Küçədə narkotiki 20 batdan (0,6 dollar) da ucuz almaq olur.(AzərTac)

0.43937802314758