Moldova hökumət xalqı qənaətə çağırdı

 

Moldovanın 74 faizini elektrik enerjisi çatışmazlığı gözləyir, hökumət xalqı qənaət etməyə çağırıb.

Demokratikmusavat.com Report-a istinadla xəbər verir ki, Moldova Baş nazirinin müavini Andrey Spin bildirib ki, Avropa bazarlarında, xüsusən də Rumıniyada elektrik enerjisinin qiyməti demək olar ki, 30-40 % artıb. Ölkənin "Ebergokom" şirkəti aşağı qiymətə satmağa çalışsa da, tələb olunan məbləğ yığılmayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket zərbələri nəticəsində sərhəd Moldovanın da elektrik stansiyaları ciddi zərər görüb.

0.12687492370605