Güclü yağış şəhəri iflic etdi - dəniz qəhvəyi rəngə boyandı

 

Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bəzi şəhərlərdə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

Kaputaş çimərliyi yaxınlığında yamaclardan dənizə axan palçıqlı su dənizi qəhvəyi rəngə boyayıb.

Şiddətli yağışla müşayiət olunan tufan Adrasan şəhərindən yan ötməyib.

0.13679695129395