2022-ci il albomu müharibə ilə tarixdə öz izini qoydu

 

Seçkilər, zəlzələlər, iqlim dəyişikliyi və Kraliça Elizabetin ölümü kimi hadisələrin yer aldığı 2022-ci il albomu, şübhəsiz ki, dünyanı kökündən dəyişdirən müharibə ilə tarixdə öz izini qoydu.

Demokratikmusavat.com xəbər verir ki, beynəlxalq xəbər agentliyi “Agence France-Presse” (AFP) 2022-ci ilin sona çatması ilə bağlı ilin fotolarını seçib. 106 kadrlı albomda gözlənildiyi kimi Rusiyanın Ukraynaya hücumu geniş işıqlandırılıb. 2022-ci il albomuna Rusiyanın Ukraynanı hədəf alan bombardmanlarından azad edilən şəhərlərdəki şənliklərdən, Buçada kütləvi məzarlıqlardan küçələrə səpələnmiş cəsədlərə qədər onlarla fotoşəkil yer alıb.

Rusiya lideri Vladimir Putinin Fransa Prezidenti Emmanuel Makronla Moskvada görüşü zamanı həmkarını qarşıladığı uzun masa, ukraynalıların əllərində taxta silahlarla mümkün işğala hazırlaşmaları, Kiyevin ətrafındakı rus tank məzarlığı, qarla örtülmüş öldürülən rus əsgərləri, Kerç körpüsünün partladılması, ABŞ-da polis məmuru Vilbert Mora və dostunun ölümündən sonra yüzlərlə polisin onlara vida etməsi, Çində koronavirus xəstəxanası, 94-cü Oskar mərasimində ABŞ aktyoru Vill Smitin həmkarı Kris Roka şillə vurması və İranda Məhsa Əminin ölümündən sonra başlayan etirazlarda çəkilən fotolar da siyahıda yer alıb.

Cənubi Koreyanın paytaxtı Seulda “Hellouin” bayramı izdihamında 150-dən çox insanın öldüyü anlar, o cümlədən Şri-Lankada etirazçıların prezident Qotabaya Rajapaksanın sarayına basqın etməsi, baş nazir Ranil Vikremesinqin evini yandırması da dünyanın gündəminə çevrilən kadrlar arasındadır.

Billurə

0.15335392951965