"Azərbaycan mediası məmurların əlindədir..."

 

18:06:41Tapdıq Abbas: "Media sahəsində Prezidentin apardığı islahatlar məmurların müqavimətilə üzləşib"

- Tapdıq bəy, Azərbaycan mediasının hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Azərbaycan mediası iki hissədən ibarətdir - çar və internet media. Çap mediası 25 il ərzində çox pis duruma salınıb. Çap mediasını tezliklə dirçəltmək çətindir, bunun üçün illər lazımdır. Çap mediası maddi-texniki və iqtisadi baxımdan çökdürülüb. Dünyanın demokratik ölkələrində mətbuat hökumətin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirdiyi halda, Azərbaycanda mətbuat hökumətdə asılı vəziyyətə salınıb.

- "Azərbaycan Nəşriyyatı"da direktor dəyişikliyindən 1 il 2 ay zaman keçib, bu müddətdə nə dəyişib?

- Direktor dəyişsə də, "Azərbaycan Nəşriyyatı" binasının düşdüyü dəhşətli durum dəyişməyib. Dəyişən direktor və işçilərdir. Bina isə sabiq direktor tərəfindən 15 il necə pis vəziyyətdə idisə, olduğu kimi qalır. Bina və bütün maddi baza mənəvi cəhətdən aşınıb, 2009-cu ildə Almaniyadan alınıb gətirilib, quraşdırılıb, istifadəyə verilmiş nəşriyyat artıq çap mediası üçün yaramır, müasir tələblərə cavab vermir.

"Azərbaycan Nəşriyyatı" binasının çölü aqlayla "maskirovka" olduğu üçün təmirli kimi görünür, amma binanın daxili tam yararsızdır, dağılmış vəziyyətdədir. Nəşriyyatda otaqların "komunal xidmət" haqqı çox yüksək olduğu üçün, media mənsubları kirayələyə bilmədiklərinə görə, otaqların çoxu çap mediası ilə heç bir əlaqəsi olmayan şəxsi xidmət müəssisələrinə icarəyə verilib.

Kirayə haqqının adını "komunal xidmət" qoymaqla, nəşriyyat rəhbərliyi dövlətə vergi verməkdən yayınır, vergi isə bu fakta göz yumur. Nəşriyyatın fəaliyyəti iqtisadi böhran içində boğulan mətbuatın inkişafına yox, baş direktorun və onun PA-dakı patronunun şəxsi qazanc qazanmaları üzərində qurulub.

Vaxtı ilə Əli Həsənov tərəfindən qazanc mənbəyinə çevrilmiş "Azərbaycan Nəşriyyatı" MMC-yə çevrilib, yenə də Prezident Administrasiyasının İşlər İdarəsinin tabeliyindədir.

2009-cu ildə Almaniyadan alınan çap maşını 14 ildir fasiləsiz, təmirsiz işləyir. Cari təmir üçün dövlət büdcəsindən hər il ayrılan milyonlarla pul baş direktorun göstərişə müntəzir komandası tərəfindən mənimsənildiyi üçün çap maşını heç zaman təmir edilməyib.

Nəşriyyat qəzetləri normal rəngdə vurmur və artıq çöküb. "Azərbaycan Nəşriyyatı"nın binasında dörd lifti var, həmin liftlərin heç biri normal işləmir, sovetlərin 70-ci illərində qoyulub və köhnə "kolxoz bazarı"nı xatırladır. Güman edirəm ki, "Azərbaycan Nəşriyyatı"nın daxili durumunun pis vəziyyətdə olduğunu PA-da əyləşın məsul vəzifəli şəxslərin çoxu xəbərsizdir.

Onların nəşriyyata gəlib, ayaqyolu üfunətinin müşaiətilə sınıq-sökük pilləkənlərin və koridorda dağılmış döşəmələrin halına baxmasına ciddi ehtiyac var.
Böyük ehtimala görə, "Azərbaycan Nəşriyyatı"nın ağır durumu ölkə Prezidentindən gizlədilir.

Ardı var

0.13875412940979