“Türkiyə qarşıdakı aylarda Misirə səfir təyin edə bilər”.
Demokratikmusavat.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, nazir müaviləri səviyyəsndə məsləhətləşmələr yendiən təşkil oluna bilər.
M.Çavuşoğlu, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü barədə danışıb: “Proses uğurla davam edir. Amma hələ atılması lazım olan addımlar var. İsveç daha çox addım atmalıdır”.