İmişlidə arvadını öldürmək istəyən kişi hakim qarşısında

 

İmişlidə arvadını öldürməyə cəhddə təqsirləndirilən Xanoğlan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası dekabrın 5-nə təyin olunub.  

Qeyd edək ki, hadisə bu ilin iyulunda İmişlidə qeydə alınıb.

Belə ki, X.Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Günel Abdullayevaya bıçaqla xəsarətlər yetirərək öldürməyə cəhd edib.

X.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Natiq

0.14171600341797