Lənkəran Dövlət Universitetinin əməkdaşları təltif olundular - SİYAHI

 

Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Demokratikmusavat.com xəbər verir ki, sərəncama əsasən, Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Ağazadə Yədulla Bəbir oğlu

Əzizov Sənan Qərib oğlu.

Dövlət başçısının digər sərəncamı ilə, Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayeva Məlahət Əli qızı

Mahmudov Kamal Fətulla oğlu

Şahqubadbəyli Ənvər Xandadaş oğlu.

0.15310907363892