İclasda 2023-cü il dövlət büdcə zərfinə daxil olan qanun layihələrini ikinci oxunuşda müzakirə edir.
“Demokratikmusavat.com ” xəbər verir ki, büdcə layihəsi barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
"2023-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı layihə haqqında həm biz, həm də Maliyyə və İqtisadiyyat nazirləri, Mərkəzi Bank idarə heyəti sədri və Hesablama Palatası sədri tərəfindən ətraflı məlumat verilmiş, müzakirə zamanı 54 deputat çıxış edib.
Çıxış edən deputat həmkarlarım layihəni konseptual olaraq 1-ci oxunuşda dəstəkləmiş, bir sıra təkliflərlə çıxış edərək, təqdim olunan makro çərçivənin İqtisadi imkanlarımıza uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanını yaradacağını qeyd ediblər", o bildirib.
Deputat qedib ki, büdcə layihəsində sosial yönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artılaraq 15 milyard 218.9 milyon manata və ya dövlət büdcə xərclərinin 45.7%-nə çatdırılıb:
"İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalini məskunlaşması şəratinin yaradılması üçün ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq mühafizə orqanları üçün ayrılan xərclər 495.9 milyon manat artırılaraq 8 mlrd 062.9 milyon manata, təhsil xərcləri 536 milyon manat artırılaraq 4 mlrd 423 mln manata, səhiyyə xərcləri 197.6 milyon manat artırılılaraq 1 mlrd 906 mln manata çatdırılması planlaşdırılır. Əməyin ödənişi xərcləri 420 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclər isə 350 milyon manat artırılması planlaşdırılmışdır.
2023-cü ildə Dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayı 6 rayon daha artaraq 57-yə çatacaqdır. Aparılmış təhlillər təqdim edilmiş layihənin büdcə qaydasına uyğun hazırlandığını deməyə əsas verir. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 24,9%, dövlət borcu ÜDM-ə nisbətinin isə16,6% olacağı proqnozlaşdırılır.
Komitə sədri əlavə edib ki, 2023-ci il Dövlət Büdcəsi layihəsi dövlətin növbəti ildə ölkəmiz qarşısında olan hədəflərə çatmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaqdır".
Mürtəza
Demokratikmusavat.com