Sumqayıtda tanışını qətlə yetirən şəxs məhkəmə qarşısına çıxarılır

 

Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən Emin Pirqurbanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 9-na təyin edilib.

Qeyd: Bu il iyulun 10-u saat 15 radələrində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü İsrayıl Quliyevin öldürülməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Emin Pirqurbanın şəxsi münasibətlər zaminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsrayıl Quliyevin boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Emin Pirqurban təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Natiq

0.13405990600586