Rusiya Preizdenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Telefon danışığı zamanı prezidentlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, habelə üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələlərini nəzərdən keçiriblər. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.