"Bəxt üzüyü"ndəki avtomobil şəxsi kolleksiyada saxlanılır

 

Mərhum Xalq artisti Rafael Dadaşovun "Bəxt üzüyü" filmində idarə etdiyi avtomobil hələ də saxlanılır.

Axşam.az xəbər verir ki, bu haqda aktyorun müğənni qızı Səidə Dadaşova "Səhər mərkəzi" proqramında deyib. 

"Bəxt üzüyü"ndəki "Mercedes" markalı avtomobil bir şəxs tərəfindən alınaraq saxlanılır. Eyni formada qalıb, heç nəyi dəyişmirlər. Gözəl bir insan əldə edib və toxunmur ki, Rafael Dadaşov idarə edib. Həmin maşınla gözəl layihə həyata keçirəcəyik" deyə, ifaçı söyləyib.

Qeyd edək ki, "Bəxt üzüyü" 1991-ci ildə lentə alınıb.

0.15529298782349