Divarı deşən məhbusun hərəkəti gülüş doğurdu - FOTO

 

Braziliyada məhbuslardan biri, Ceres şəhərindəki həbsxanadan qaçmağa cəhd edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Rafael Valadao adlı məhbus və dostları azadlıqlarına qovuşmaq üçün divarda dəlik açıblar. 

Divarda kiçik deşik açan Rafael Valadao və dostlarının planı iflasa uğrayıb. Çünki Rafael Valadao divardakı kiçik dəlikdən keçmək üçün bədəni çox böyük və çəkili idi.
Digər məhbus yoldaşları Valadaonu itələyərək çıxarmağa çalışsalar da, o divarda ilişib və ağrıdan qışqırmağa başlayıb.

Vəziyyətdən xəbərdar olan nəzarətçilər hadisə yerinə gələndə Valadaonun divarda ilişib qaldığını görüblər.

Valdaonu divarın arasında görən həbsxana işçiləri gülməyə başlayıblar.

Nəzarətçilər hadisə yeinə gələnə qədər bir məhbusun qaçdığıvə onun barəsində axtarış elan olunduğu bildirilib. 

Fidan

 

0.44736886024475