Xəyanətə "yaxşı edirəm" dedi, bıçaqlaması üçün söyüşlə təhrik etdi - Bakıdakı qətlin təfərrüatı 

 

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirli bilinən Ramil Rəhamnovun cinayət iş üzrə təfərrüatlar məlum olub.

"Demokratikmusavat.com" xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib.

Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.
Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.

Cinayəti şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.

"Demokratikmusavat.com"-ın məlumatına görə, iş üzrə dindirilmiş Ramil Rəhmanov ifadəsində göstərib ki, Svetlana Məmmədova ilə 2012-ci ildə tanış olub. Onu taksi sürücüsü kimi dəfələrlə evinə və dediyi ünvanlara aparıb. Dostluqları tədricən daha da yaxın münasibətə keçib. 

2020-ci ildən etibarən Zabrat qəsəbəsində Svetlananın birinci nikahdan olan qızı ilə birlikdə bir ailə kimi yaşayıblar.  

Dekabr ayında qadınla rəsmi nikah bağlasa da, bir müddət sonra ailə münaqişələri səbəbindən 2021-ci ilin fevral ayında boşanıblar.

Rəsmi ayrılmalarına baxmayaraq Svetlana ilə ər-arvad kimi yaşamaqda davam edbilər. Hər gün işdən evə qayıdarkən onu dayanacaqda qarşılayıb. 

İyunun 6-sı saat 22:00 radələrində onu götürməyə gedərkən Svetlananın "BMW" markalı avtomobilə əyləşdiyini görüb və onun xəyanət etdiyini düşünüb həmin maşını izləməyə başlayıb. Təxminən 5-10 dəqiqə həmin maşını təqib etdikdən sonra ticarət mərkəzinin yanında nəqliyyat vasitəsi gözündən yayınıb. Bundan sonra Svetlananın yaşadığı ünvana yollanıb və onun hələ evə qayıtmadığını görüb. Ona zəng etsə də, mobil telefonu sönülü olub. Bir neçə dəfə qadının qızına məxsus nömrəyə zəng edib. Axırıncı dəfə zənginə Svetlana cavab verib. Qadın evdə olduğunu söyləyəndə, ona həyətə çıxmasını deyib. Oturduğu həmin maşının kimə məxsus olduğunu soruşanda, Svetlana ona aqressiv şəkildə "bunun sənə dəxli yoxdur" deyib. Dəfələrlə bu sualı versə də, qadın ona eyni cavabı verib. Onunla belə danışdığına görə bərk əsəbiləşib. Mübahisələrinin böyüdüyünü və qonşuları narahat etdiklərini görüb, Svetlanaya maşına əyləşməsini deyib. Birlikdə maşına əyləşərək qadını boş əraziyə gətirib.

Rəmil Rəhmanov ifadəsinin davamında bildirib ki, həmin əraziyə gələndən sonra Svetlanaya yenidən eyni sualı verib. Qadın həmin maşının xalası oğluna məxsus olduğunu bildirib. Onun tələbi ilə qadın zəng edib həmin şəxslə danışıb. Qohumu həqiqətən bir müddət əvvəl Svetlanaın avtomobilinə oturduğunu təsdiqləyib. Amma o buna inanmayıb.

Aralarında yaranan mübahisə zamanı bıçaqla birinci zərbəni qadının boyun nahiyyəsinə vurub. Zərbədən sonra qadın özünü müdafiə etməyə çalışsa da, ona xatırlamadığı sayda xəsarətlər yetirib.

"Mən onun zənginə inanmadım. Başladı ki, yaxşı eləyib sənə xəyanət eləyirəm. Sən kimsən?! Artıq əsəblərim tab gətirmədi, əlimi atdım belimdən bıçağı çıxardım, dedim, vallah, vuraram səni, zarafat eləmirəm. O da mənə dedi ki, "səndə o ... (söyüş söyüb) yoxdur məni vurmağa". O vaxt artıq bilmədim neçə bıçaq vurmuşam".

Ramil Rəhmanov bildirib ki, qadın yerə yıxılandan sonra bıçağı onun yanına tullayıb. Qardaşı Kamala zəng edib, məscidin yanına çıxmasını deyib. Görüşüb hadisəni danışandan sonra qardaşından onu polis bölməsinə aparmasını xahiş edib. 

Məhkəmə prosesinda Ramil Rəhmanov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Ramil Rəhmanov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.13368511199951