Sunakdan Ukraynaya dəstək: "Biz sona qədər sizinləyik"

 

"Böyük Britaniya Ukraynanı sona qədər dəstəkləyəcək".

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra tviterdə bildirib.

Sunakın Kiyevdəki Mariinski sarayına gəlişini əks etdirən videoda deyilir: "Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir. Biz sona qədər sizinləyik".

Baş nazir deyib ki, Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün 125 zenit silahı və xüsusi avadanlıq verəcək.

0.14607501029968