Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
"Prezident Ərdoğan ilə telefon danışığında taxıl müqaviləsinin uzadılmasını yüksək qiymətləndirdik. Mən bu təşəbbüsümüzü dəstəklədiyi üçün Türkiyə Prezidentinə təşəkkür etdim və Ukraynanın ərzaq sabitliyinin təminatçısı olaraq qalacağına əmin etdim. Təhlükəsizlik və enerji əməkdaşlığını da müzakirə etdik", - o qeyd edib.