Şimali Koreya ABŞ-ı vura biləcək raket atdı

 

Pxenyan növbəti dəfə qitələrarası ballistik raket sınaqdan keçirib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreyanın atdığı qitələrarası ballistik raket Yaponiyadan 200 kilometr uzaqlığa düşüb.

Yaponiya rəsmiləri raketin ABŞ materikinə çatmaq üçün kifayət qədər yaxın məsafədə olduğunu bildiriblər.

Bu sınaq Şimali Koreyanın ABŞ-a xəbərdarlıq olaraq daha kiçik bir raket atmasından bir gün sonraya təsadüf edir.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə bildirib ki, son raket 15 min km məsafəni qət edə bilir.

Qitələrarası ballistik raket ABŞ və onun müttəfiqlərini təşvişə salıb. Cənubi Koreya və ABŞ qitələrarası ballistik raketə cavab olaraq hava təlimləri keçirib. "Yonhap" xəbər agentliyi, F-35 təyyarələrinin qatıldığı güc nümayişi zamanı Şimali Koreyanın mobil raket buraxılış meydançalarının hədəf alındığı bir ssenarinin həyata keçirildiyini açıqlayıb.

Billurə

 

0.12190294265747