Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası yaradılıb

 


Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası yaradılıb.

Dünyanın bir sıra böyük poçt şirkətlərini Azərbaycanda təmsil edən “AZƏRİ EKSPRESS” MMM, “UPS-AZ” MMC, “DƏRHAL Ltd” MMC, “ASE ASYA AFRİKA HIZLI KARQO VE DAĞITIM” MMC assosiasiyanın təsisçiləri kimi çıxış ediblər.

Verilən məlumata əsasən, “ADPA-nın məqsədi üzv olan təşkilatların maraqların qorunması, bu sahədə olan sahibkarların dövlət strukturları ilə dialoqun qurulması və ölkədaxili poçt xidmət sektorunun inkişafı ilə ölkə iqtisadiyyatının inkişafına dəstək olmaqdır”.

Qeyd edək ki, Assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə Şaiq Qəribzadə təyin olunub.

Demokratikmusavat.com

0.14213705062866