Hikmət Hacıyev İran səfiri ilə görüşdü

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Abbas Musəvi sosial media hesabında paylaşım edib.

Görüşdə iki ölkə arasındakı münasibətlər və regional əməkdaşlığın perspektivləri müzakirə olunub. 

0.21741700172424