Azərbaycan Xarici İşlər Nazirliyində Gürcüstanla diplomatik əlaqələrin 30 illiyinə həsr olunan tədbir keçirilir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze , Mili Məclisin deputatları Arzu Nağıyev, nazirliyin əməkdaşları iştirak edirlər.
X.Xələfov və səfir çıxışlarında iki ölkə arasındakı əlaqələrin tarixindən və mövcud durumundan bəhs ediblər.