Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı məsələ Milli Məclisin gündəliyinə salınaraq müzakirə edilir.
“Demokratikmusavat.com ” xəbər verir ki, Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı məsələnin parlamentin gündəliyinə salınıb, müzakirə etməsini Milli Məclis sədri Sahibə Qafarova təklif edib.
O bildirib ki, Fransa Senatının dövlətmizə qarşı qəbul etdiyi qətnaməyə Milli Məclisin münasibət bildirməsi məqsəduyğundur.
Spiker qeyd edib ki, Fransanın dəfələrlə Azərbaycana qarşı qərəzli münasibəti olub: “Biz bunu istər 44 günlük Vətən müharibəsində, istərsə də sonrakı dövrdə verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda qəsbkar Ermənistanı dəstəkləyən sənədlərin qəbul edilməsində görmüşük. Bununla da Fransa son iki ildə davamlı olaraq ədalətsiz mövqe nümayiş etdirib. Bu Fransanın Azərbaycana qarşı çirkli siyasi aksiyasıdır”.
Spiker əlavə edib ki, Fransa Senatı dövlətmizə, xalqımıza qarşı nifrət yağdırıb, ölkəmizə qarşı qəsbkarlıq siyasətə haqq qazandırmaqla əslində öz milli dövlət maraqlarını qurban verməkdir:
“Bu Fransa-Azərbaycan, Aİ-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Odur ki, biz Fransanın Cənubi Qafqazda xalqların taleyi ilə oynamaqdan və, işğalçı Ermənistanı dəstəkləməkdən əl çəkməyə çağırırıq. Yaranacaq vəziyyətə görə siyasi məsuliyyət Fransanın üzərinə düşəcək”.
Spiker onu da bildirib ki, Fransa Senatına qarşı bəyanat hazırlanması üçün deputat Səməd Seyidovun sədrliyi ilə işçi qrup yaradılıb.
Mürtəza
Demokratikmusavat.com