Bərbərxanada törədilən qanlı cinayət, həbs edilən iki qardaş - Bakıdakı cinayətin təfərrüatı - FOTO

 

Bakıda qəsədən adam öldürməyə cəhddə təqsirli bilinən Kamran və İmran Yusifzadə qardaşlarının cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 1990-cı il təvəllüdlü Rəhman Səlimov Yusifzadə qardaşları ilə mübahisə edib.
Nəticədə Kamran və İmran Rəhmanı bıçaqlayaraq, hadisə yerindən qaçıblar. Zərərçəkmiş 3 saylı kliniki xəstəxanaya çatdırılıb və həyatı xilas olunub, həmin gün şübhəli şəxsləri Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları saxlayıblar.

İş üzrə dindirilmiş Kamran Yusifzadə ifadəsində göstərib ki, noyabrın 25-i günorta saatlarında tanışı Rəhman Səlimov ona zəng edərək görüşmək istədiyini bildirib. Rəhmanla görüşüb söhbət edə-edə dəniz kənarına yollanıblar. Boşluq əraziyə çatanda Səlimov ondan görüşə gəlməsindən kiminsə xəbərinin olub olmamadığını soruşub. Kamranda bundan heç kimin xəbəri olmadığını deyib. Budan sora Rəhman onu özündən bir addım qabağa buraxaraq qəfildən sol bud nahiyyəsinə bıçaq zərbəsi vurub və onun ailəsinə qarşı pis hərəkət etdiyini deyib. Kamran heç kimin ailəsini təhqir etmədiyini qeyd edib cibindən bıçağını çıxarıb Rəhmanın arxasınca qaçıb. Lakin ona çata bilməyib. 

Noyabrın 28-də qarajdan bıçağı götürüb Rəhman gilin məhəlləsinə gəlib. Bir müddət sonra onun bərbərxanada olguğunu öyrənib içəri keçib və qapını bağlayıb. Stulda oturan Rəhman güzgüdən onun gəlməsini görüb və ayağa qalxıb. Bu zaman Kamran yumruqla vuraraq onu yerə yıxıb. Sonra isə cibindən bıçağı çıxarıb ayağından zərbə vurub.  Rəhman söyüş söydüyü üçün Kamran zərbələr vurmaqda davam edib. 

Kamran Yusifzadə bildirib ki, küçəyə çıxanda qardaşı İmranın hadisə yerinə gəldiyini görüb əsəbləşib ondan çıxıb getməsini tələb edib. Hövsan bağları istiqamətinə gedərək əynindəki qanlı köynəyi bıçaqla birlikdə zibil qutusuna atıb. Evə gələrək hadisəni olduğu kimi atasına danışıb. 

Kamran Yusifzadə qeyd edib ki, Rəhmanı vurmaqda məqsədi onu öldürmək yox, cəzalandırmaq olub. 

Digər təqsirləndirilən İmran Yusifov bildirib ki, noyabrın 25-də günorta qardaşı Kamran zəng edərək təcili Hövsanda Bağlar Massivinə gəlməsini xahiş edib. O, həmin yerə gələndə qardaşının divara söykənib dayandığını və sol ayağından qan axdığını görüb. Kamran iş yoldaşı Rəhmanın onu qəftələn vurduğunu deyib. Üç gündən sonra qardaşı yenidən zəng edib onu Hövsanda bərbərxanaya gəlməsini söyləyib. İmran avtobusla deyilən yerə çatanda orada xeyli adam olduğunu görüb. Bərbərxanaya girdikdə qardaşı kəmərindən tutub onu çölə çıxarıb. Həmin vaxt Rəhman içəridə güzgünün qarşısında olub. 

İmran Yusifov vurgulayıb ki, Rəhman Səlimovu nə bıçaqla, nə də yumruqla vurub. Üzərində ümumiyyətlə kəsici alət olmayıb. 

Zərərçəkmiş Rəhman Səlimov ifadəsində göstərib ki, Kamran və İmranı 4-5 ay olar ki, tanıyır. 
Noyabrın 24-də məhəllədə xatırlamadığı şəxslərdən Yusifzadənin onun ailəsi barədə xoşagəlməz sözlər işlətdiyini eşidib. Buna görə də ondan qısas almaq qərarına gəlib. Bu məqsədlə Kamranı səhərsi gün görüşə çağırıb. Onlar dənizkənarı boş əraziyə çatanda bıçaqla tanışını arxadan vuraraq oradan uzaqlaşıb. Hadisədən 2 saat sonra Kamran ona zəng edərək ailəsinin ünvanına söyüş söyüb və onu ölümlə hədələyib. 

Ayın 28-də axşam evlərini yaxınlığında olan bərbərxanaya gedib. Bir müddətdən sonra çöldən səs-küy eşidib. Küçəyə çıxdıqda İmranla qardaşı Kamranın salona tərəf gəldiyini görüb. Hər ehtimala qarşı stolun üzərində olan qayçını götürüb. Birinci içəri İmran daxil olub. Rəham ona Kamranı səhvinə görə bıçaqladığını başa salmağa çalışıb. Kamran əlindəki bıçaqla üstünə hücum edib. Ardınca İmran cibindən bıçaq çıxarıb. Özünü qorumaq üçün əlindəki qayçını sağa-sola yelləsə də alət onlara dəyməyib. 

Rəhman ifadəsinin davamında bildirib ki, Kamranın atdığı zərbələrdən biri onun sol ayağını zədələyib. Salonu işlədən şəxs onları itələyərək çölə çıxarıb. Lakin qardaşlar içəri girib ona bıçaqla yenidən xəsarətlər yetiriblər.  Ətrafa yığısan insanlar onları ayıra bilib. Qayınatasına zəng edib onu xəstəxanaya çatdırıblar. Əmliyyat nəticəsində onun həyatını xilas etmək mümkün olub.  

Məhkəmə prosesində Kamran Yusifzadə hadisədə qardaşının iştirak etmədiyini bildirib. İmran Yusifov ittiham üzrə özünü təqsirli hesab etməyib.

Zərərçəkmiş Rəhman Səlimov təqsirlədirilən şxəslər barədə şikayəti və tələbi olmadığını qeyd edib.

Məhkəə nəticəyə gəlib ki, Kamran Yusifzadə və İmran Yusifovun əməli Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə tam sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə Kamran Yusifzadə 13, İmran Yusifov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Natiq 

0.13544297218323