Ağdaşda kiçik qardaşını güllələyib öldürən şəxs yenidən hakim qarşısında 

 

Ağdaş rayonunda qardaşının güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Mustafa Aləşrəfov Əli Məhkəməyə müraciət edib.

"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Mustafa Aləşrəfov saxlanılıb.

0.13916897773743