Ərdoğan Azərbaycana təşəkkür etdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - o bildirib.

R.T.Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna, İsrail və başqa ölkələrin bayraqları əksini tapıb.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

 

0.15983891487122