Bakıda hoteldə həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinənTərlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Demokratikmusavat.com" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm elan edilib.
Məhkəmənin hökmü ilə Tərlan Abdullayev 8 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə bu ilin iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hoteldə baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.
Daha sonra T.Abdullayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.