Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin dövlət başçılarının birinci sammitində imzalanmaq üçün 10-dan çox saziş hazırlanıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə cümə günü Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusup Kabuljanov “tass”a açıqlamasında deyib.
“TDT-yə üzv olan ölkələrin başçılarının birinci sammitində bir gün əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclasında razılaşdırılan 10-dan çox birgə hazırlanmış sənədin imzalanması planlaşdırılır”, - Kabuljanov bildirib.
Onun sözlərinə görə, bu sənədlər TDT ölkələri arasında əməkdaşlığın bütün sahələrində və perspektivli sahələrində qarşılıqlı fəaliyyətə ümumi yanaşmaları əks etdirir.
Kabuljanov bildirib ki, sammiti 600-dən çox xarici və yerli jurnalist işıqlandırır.
Mürtəza
Demokratikmusavat.com