Azərbaycanla tezliklə sülh sazişi imzalamaq üçün əlimizdən gələni edəcəyik - Paşinyan

 

“Kimsə sülh gündəminin Ermənistanı və ya Qarabağ ermənilərinin “sülh yolu ilə məhv edilməsi” olduğunu düşünürsə, o zaman ciddi şəkildə yanılır. Sülh gündəmi Ermənistanın, regionun dinc inkişafı və birgə yaşamasıdır və biz öz məqsədimizə nail olacağıq”. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da hökumətin iclasında deyib.

“Mən Praqa və Soçidə əldə edilmiş razılaşmalara, yəni BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, sülh müqaviləsi imzalamağa dair öhdəliyimizi yerinə yetirməyi bir daha bəyan etmək istəyirəm. Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını tez bir zamanda başa çatdırmaq, bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaları açmaq və Azərbaycanla tezliklə sülh sazişi imzalamaq üçün əlimizdən gələni edəcəyik”, - Paşinyan bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.19565892219543