Anasının 11-ci mərtəbədən atdığı bir yaşlı qız öldü

 

Moskvada anası tərəfindən 11-ci mərtəbədən bayıra atılan bir yaşlı qız xəstəxanada ölüb.

Milli.Az bildirir ki, bu barədə şəhər prokurorluğu öz Telegram səhifəsində məlumat verib.

İdarədən verilən məlumata görə, qadının əməlləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (azyaşlı uşağı öldürmə) ilə kvalifikasiya edilir. Hazırda prokurorluq yoxlaması davam edir, cinayət işinin istintaqının gedişinə Moskva prokurorluğu nəzarət edir.

Uşaq noyabrın 8-də səhər saatlarında Çertanovo rayonunda hündürmərtəbəli binanın pəncərəsinin altında tapılıb. Moskvalının qızını pəncərədən atmasının səbəbləri müstəntiqlər tərəfindən araşdırılır. Eyni zamanda qadın da dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra azyaşlı qızın reanimasiyada olduğu məlum olub.

0.2073028087616