"Bunları gördükdə, bir daha əmin olursan ki, Ali Baş Komandan nə qədər mahir diplomat, iradəli liderdir"

 

Azərbaycan xalqı erməni faşizmi üzərində tarixi qələbəmizi çox böyük qürurla və özgüvənlə 8 noyabr - Zəfər Gününü qeyd edir.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Azay Quliyev deyib.

Deputat  bildirib ki, zaman keçdikcə torpaqlarını öz gücü ilə işğaldan azad edən və hər yerdən dəstək alan dünya erməniliyini ağır məğlubiyyətə uğradan Azərbaycan xalqı nə qədər böyük, nə qədər qəhrəman xalq olduğuna bir daha əmin olursan.

“Bir daha ona da əmin olursan ki, Azərbaycanın Ali Baş Komandanı nə qədər ağıllı sərkərdə, nə qədər mahir diplomat, nə qədər iradəli liderdir. Azərbaycan əsgəri və zabiti nə qədər vətənpərvər, nə qədər cəsur döyüşçü, nə qədər peşəkardır”, - o qeyd edib.

Deputat əlavə edib ki, qələbədən 2 il sonra makronların, pelosilərin və volkovların Azərbaycana qarşı düşmən mövqeyinin və məkrli planlarının davamını gördükdə 44 günlük Vətən müharibəsində əldə etiyimiz Qələbənin tarixi əhəmiyyətini və dəyərini bir daha anlayırsan:

“Azərbaycan xalqı və ordusu müharibədə olduğu kimi yenə də Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşib. Qarşıda hələ də görəcəyimiz işlər və başa çatdırmalı olduğumuz planlar və hədəflər var”.

Mürtəza
Demokratikmusavat.com

0.20961284637451