Çavuşoğlu: Ermənistanın sülhdə maraqlı olması üçün cəhdlərimiz davam edəcək

 

“Cənubi Qafqazda barış və rifah üçün Ermənistanla normallaşma prosesi aparırıq”.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) komitə iclasında deyib.

O qeyd edib ki, Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək.

0.24436378479004