"Bu maneələrə baxmayaraq, Prezident bir addım da olsun milli maraqlardan geri çəkilmədi"

 

“Azərbayanın işğalçı Ermənistan üzərindəki qələbəsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında yeni bir reallıq yaratdı. O baxımdan 8 noyabr - Zəfər Günü çox mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisəsidir. Belə bir möhtəşəm qələbənin əldə edilməsinin əsas müəllifi  və onu həyata keçirəni müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz onun yürütdüyü konkret hədəflərə xidmət edən uzaqgörən, qətiyyətli siyasəti nəticəsində mümkün olub”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Mahir Abbaszadə  deyib.

Deputat qeyd edib ki, yerləşdiyimiz coğrafiya müxtəlif güclərin toqquşma məkanı olduğundan zaman-zaman dövlətçiliyimizə ciddi təhdidlər olub: “Bu təhdidlərin qarşısı zamanında Ulu öndər Heydər Əliyev, daha sonra isə onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət tərəfindən alınıb və dövlətimizin suverenliyinə yaranan təhlükələrdən xilas edib və uğurlar əldə edilib. Çünki yürüdülən siyasətin qayəsində hər zaman milli və dövlətçilik maraqları dayanıb. Məhz cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas mahiyyəti Azərbaycanı üzləşdiyi problemləri həll edib, dünyanın sosial rifah ölkəsinə çevriməklə, Cənubi Qafqazı Avrasiya coğrafiyasının sabitlik adasına çevriməkdir. Onun 2003-cü ildən bəri yürütdüyü siyasət məhz bu məqsədlərə xidmət edir. Cənab Prezidentin hakimiyyəti dövründə onun təşəbbüsü ilə regionun davamlı inkişafını təmin edən transmilli enerji, iqtisadi və nəqliyyat-kommunikasiya layihələri reallaşdırılıb və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi davam etməkdədir. Prezident İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir ki, Cənubi Qafqaz təkcə enerji qovşağı kimi deyil, həm də logistika qovşağı kimi qəbul edilməkdədir. Bütün bunlar onun qlobal çağırışlara zamanında çevik reaksiya verməsi və uzaqgörən siyasəti nəticəsində mümkün olub. Hansı ki, bu layihələri həyata keçirərkən Azərbaycan böyük güclər tərəfindən çox ciddi maneələrlə üzləşib. Lakin cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu maneələr dəf edilərək nəzərdə tutulan layihələr icra olunub. Ona görə də əldə edilən uğurlar heç də asan başa gəlməyib. Digər ən mühüm məqam isə ondan ibarətdir ki, bu maneələrə baxmayaraq, cənab Prezident bir addım da olsun milli və dövlətçilik marağından geri çəkilməyib. Əksinə, israrlı siyasəti nəticəsində daha ciddi uğurlara imza atıb. Azərbaycanın təşəbbüsü, maliyyə dəstəyi və birbaşa iştirakı ilə reallaşan layihələrdən təkcə ölkəmiz deyil, Cənubi Qafqazın digər ölkələri və digər qonşu region ölkələrə bəhrələnməkdədir. Yürüdülən siyasətin nəticəsi olaraq bu gün Azərbaycanın ən nüfuzlu ölkələrindən və təsir gücünə malik aktor ölkələrdən birinə çevrilib. Elə bu gün Ermənistan üzərində əldə etdiyimiz qələblərin kökündə də cənab Prezidentin Cənubi Qafqazın bir sabitlik adasına çevrilməsi istiqamətində yürütdüyü siyasət və Avrasiya coğrafiyasında ciddi aktor rolunu oynaya bilməsi faktoru dayanır”.

Deputat əlavə edib ki, 44 günülük müharibədən sonra  Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıq da məhz bölgəmizdə dayanıqlı sülhü, sabitliyi və sıx inteqrasiya olunmuş əməkdaşlığın təmin olunmasını özündə ehtiva edir: “Azərbaycan 44 günülük Vətən müharibəsində əzəmətli qələbəni təmin etdikdən sonra ilk addımı bölgədə postmüharibə dövrü üçün dayanıqlı sülhü, sabitliyi, sıx inteqrasiya olunmuş əməkdaşlığı təmin edən siyasəti həyata keçirməyə başlayıb. Bu məqsədlə çoxşaxəli siyasət yürütməkdədir. Birincisi, işğaldan azad olan ərazilərin yenidən bərpası və “Böyük qayıdış”ı təmin etmək üçün sürətli genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir;

İkincisi, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatı yaradılması istiqamətində logistik infrastruktur layihələr icra olunur;

Üçüncüsü, dayanıqlı sülhü və əməkdaşlığı təmin etmək üçün Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində İrəvana sülh şərtlərini təklif edib. Ancaq təəssüflər olsun ki, keçən iki il müddətində Ermənistan tərəfi Azərbaycanın  təklif etdiyi sülh sazişini müxtəlif bəhanələrlə imzalamaqdan qaçır. Bu işdə Ermənistana onun havadarları da dəstək verir. Amma Ermənistan unudur ki, yürütdüyü 30 illik işğalçılıq siyasəti nəticə etibarı ilə dünya erməniçiliyinə zərbə vurdusa, bundan sonra da bu cür destruktiv fəaliyyətindən uduzan tərəf onlar olacaq. Onsuz da sonda Azərbaycanın diktə etdiyi sülh təklifi imzalanacaq.

Dördüncüsü, Azərbaycan bu gün qərblə şərqi, şimalla cənubu, qərblə-cənubu birləşdirən logistik nəqliyyat-kommunikasiya layihələrinin icrası istiqamətində ciddi işlər görür.  Azərbaycanın yürütdüyü siyasət nəticəsində qərblə şərqi bilrəşdirən Orta Dəhliz ciddi rəqabətəqabliyyətli bir nəqliyyat dəhlizinə çevrilməkdədir. Cənab Prezidentin də bəyan etdiyi kimi, dünyanın yenidən şəkilləndirilməsində tranzit yükdaşıma, nəqliyyat dəhlizləri, logistik sənaye ciddi faktorlardan birinə çevriləcək.  

Burada da Azərbaycan Prezidentinin uzaqgörən siyasəti öz bəhrəsini verməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bir açar ölkəyə çevrilib. Ona görə də dünya ölkələri Azərbaycanla sıx əməkdaşlığa can atırlar. Bütün bunlar isə öz növbəsində Azərbaycanın gücünə əlavə güc qataraq qarşıda duran hədəflərə nail olmağa öz töhfəsini verir. Cənab Prezidentin yürütdüyü bu siyasət nəticəsində Azərbaycan dünyanın ciddi aktor ölkəsi olmaqla yanaşı, inkişaf etmiş sosial rifah ölkəsinə çevrilməsinə imkan yaradacaq”.

Mürtəza
Demokratikmusavat.com

0.2439501285553