Bu döyüşü uduzsaq, Rusiya trilyonlar ödəməli olacaq

 

Xersonun itiriləcəyi halda Qərb Birinci Dünya müharibəsinin nəticələrinə görə, Almaniya ilə bağladığı Versal Sülh Müqaviləsi presedentini Rusiyaya da şamil edə bilər.

Demokratikmusavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Solonnikov deyib.

“Bu danışıqlarda Rusiyaya irəli sürüləcək tələblər əvvəlcədən məlumdur. Belə ki, Rusiya yeni ilhaq etdiyi bütün bölgələri, eləcə də Krımı Ukraynaya verməli olacaq. Bundan əlavə, biz Kiyevə təqribən 50 il ərzində bir neçə on trilyon dollar məbləğində təzminat da ödəməli olacağıq”, - D.Solonnikov bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya ordusu Xersonu müdafiə edərsə, Ukraynanın Qərb kuratorları yenə də danışıqlarda Kiyevin gücünü bərpa etməsi üçün vaxtı uzatmaq məqsədilə sülhə israr edəcək.

0.58130216598511