Türkiyə taxıl sazişinin daha bir il uzadılmasını təklif edəcək

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankaranın noyabrın 19-da müddəti başa çatacaq taxıl sazişinin daha bir il uzadılmasını təklif edəcəyini bildirib.

Demokratikmusavat.com ” “TGRT Haber”ə istinadən xəbər verir ki, bu barədə müdafiə qurumunun başçısı jurnalistlərə açıqlamasında bildirib.

“Ukrayna Türkiyə vasitəsilə Rusiyaya təminat (təhlükəsizlik təminatı – red.) verib. Razılaşmanın daha bir il uzadılmasını təklif edəcəyik”, - H.Akar vurğulayıb.

0.18006801605225